ABŞ niyə NATO-dakı açar müttəfiqinə sanksiya tətbiq edir?

2018/08/38194127_2624465721112913_3515263575943806976_n_1533206593.jpg
Oxunub: 3443     01:36     03 Avqust 2018    
Türkiyənin əhəmiyyətli coğrafi mövqeyinə, ABŞ-la onillərdir davam edən müttəfiqlik münasibətlərinə baxmayaraq Vaşinqton niyə Ankaranı özündən uzaqlaşdıra biləcək addımlar atmağı planlaşdırır?

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Henniqan açıqlama verib.

O qeyd edib ki, sanksiyalar əslində formal olaraq son günlərdə gündəmə gəlsə də, onu gündəmə gətirən məsələlərin uzun tarixçəsi mövcuddur.

Belə ki, diplomat keşiş endryu Brunsonun həbsinin sadəcə olaraq bəhanə olaraq qəbul etdiyini bildirir. Onun sözlərinə görə, Türkiyə ilə ABŞ arasında on illərə söykənən dərin və etibarlı müttəfiqlik münasibətləri mövcuddur.

“Son illərə baxsaq, bu münasibətlərin enişdə olduğu aydın şəkildə nəzərə çarpır. Türkiyənin Suriya ilə məsələlərdə ABŞ-dan fərqli mövqe sərgiləməsi, İrana qarşı edilən təzyiqlərə qoşulmaması və Tehranın ayaqda qalmasında başlıca rol sahibi tərəflərdən biri olması və ən əsası ABŞ-ın başlıca “düşməni” Rusiya ilə yaxınlaşması Vaşinqtonun səbrini daşıran sonuncu damlalar oldu. Ankara şübhəsiz ki, belə bir gediş etməklə həm Moskvanı, həm də Vaşinqtonu özündən asılı hala salmağı planlaşdırırdı ki, başlanğıc üçün bu uğurlu addım idi. Lakin əminəm ki, Ərdoğan administrasiyası ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyini heç ağlına belə gətirməyib”, - deyə o qeyd edib.

Henniqan, əslində Vaşinqtonun atdığı bu addımı təxmin etməyin heç də asan məsələ olmadığını deyib: “Məsələn Türkiyənin ABŞ-ın ən çox nüvə başlığına ev sahibliyi edən xarici ölkə olduğunu bilsəniz onda tərəflər arasındakı etibarın nə dərəcədə üstün səviyyədə olduğunu da başa düşərsiniz. İstənilən halda rəsmi Ankara zərbəni heç gözləmədiyi tərəfdən aldı. Açığı desəm, Türkiyənin bu sanksiyalara qarşı dayanacağını gözləmirəm. Ehtimal ki, Türkiyə ABŞ-ın tələblərinə cavab verəcək. Hələlik üzdə görünən tələb Endryu Brunsonun azad edilməsidirsə, gizli tələblər S-400, Rusiya ilə əlaqələrə yenidən baxılması və s.dir deyə düşünürəm”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin