Ordu.az xəbər verir ki, bu barədə “National İnterest”in yayımladığı məqalədə qeyd olunub.
Bildirilib ki, hazırda Çin HHQ daxilində həm texniki təchizat baxımından, həm də hərbçilərin hazırlığı baxımından ciddi problemlər mövcuddur.
Belə ki, 398 min aktiv hərbi personalın fəaliyyət göstərdiyi Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrində pilotların üçdə ikisi xidmət dövrlərində birdəfə də olsun uçuş həyata keçirməyiblər.
Hətta bildirilir ki, ordunun xidmətindəki 2775-3010 arası hərbi təyyarənin təxminən 2000-ə qədəri döyüş üçün hazır vəziyyətdə olması bir kənara, heç qısa müddətdə hazır vəziyyətə gətirilməsi də mümkün deyil.
Çin HHQ-nin “əzələsiz yekəpər” adlandırıldığı məqalədə bildirilib ki, əgər Çin özünü ABŞ-la müqayisə edirsə, onda sadəcə qeyd olunan problemlərin aradan qaldırılması üçün qarşıdakı 5 il ərzində təxminən 600 milyard dollar vəsait xərcləməlidir.
Dəyanət Ağalarlı
Ordu.az