TOW raketləri üçün nişanalma sistemlərinin Bəhreynə satışı təsdiqlənib

2018/08/38224984_2624457734447045_8526505295201959936_n_1533206034.jpg
Oxunub: 3978     00:52     03 Avqust 2018    
ABŞ Dövlət Departamenti Bəhreynə TOW raketləri üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş nişanalma sistemlərinin satışını təsdiqləyib.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, satışın ehtimal olunan məbləği 80 milyon dollardır. Satış 32 ədəd nişanalma sistemini, dəstək ləvazimatları və xidməti əhatə edir.

Qeyd edək ki, Bəhreyn 2017-ci ilin sentyabrında ABŞ-dan 27 milyon dollara 221 ədəd TOW raketi aldıqdan sonra sözügedən sistemlərin alqı-satqısına dair ABŞ hökumətinə sorğu göndərib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   TOW   Bəhreyn  


Bizi "telegram"da izləyin