ABŞ-ın qocaman “Harpoon” raketləri RİMPAC-da yenidən sınanacaq

2018/08/38301020_2624455087780643_2236458392367398912_n_1533205926.jpg
Oxunub: 2254     00:30     03 Avqust 2018    
ABŞ Donanmasının xidmətindəki “Harpoon” gəmi əleyhinə raketlər RİMPAC donanma təlimlərində yenidən istifadə olunacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlər ABŞ donanmasının “Olympia” (SSN 717) gəmisindən buraxılacaq.

Məsələ ilə bağlı ABŞ HDQ-dən bildirilən açıqlamada qeyd olunub ki, təlimlər zamanı raketin U-84, R-84 və AGM-84 versiyaları istifadə olunacaq.

Hazırda ən son versiya kimi “Harpoon Black II” adı ilə 30 müxtəlif ölkəyə ixrac edilən 240 min dollar dəyərindəki raketlərin sözügedən versiyaları onillərdir ki, istifadə olunmurdu.

Qeyd edək ki, Pentaqon sınaqlardan əldə ediləcək nəticələrə uyğun olaraq raketlərin modernizasiyasını planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Harpoon-Black-II  


Bizi "telegram"da izləyin