Ordu.az TASS-a istinadən xəbər verir ki, son olaraq bu gün keçirilən ASEAN sammitində Rusiyanın regionla hərbi-strateji əlaqələri daha da gücləndirməklə bağlı planlarını açıqlaması bu rəqabəti daha da gərginləşdirib.
Belə ki, bu gün Sinqapurda keçirilən 51-ci ASEAN Xarici İşlər Nazirləri sammitində qonaq qismində çıxış edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov region dövlətləri ilə ikitərəfli əlaqələrin əhəmiyyətindən danışıb.
O qeyd edib ki, tərəflər arasında strateji əməkdaşlıq çərçivəsində hərbi və siyasi əlaqələr daha da gücləndirilməlidir.
“Biz bu gün ASEAN və Rusiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı müqavilə imzalanmasını istərdik. Bu, 2016-da Soçidə keçirilən Rusiya-ASEAN sammitinin məntiqi yekunu olacaq”, - deyə Lavrov qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az