“Lockheed” Britaniya üçün F-35-in uçuş sınağını həyata keçirəcək

2018/08/38207518_2624450167781135_7560751340004048896_n_1533205511.jpg
Oxunub: 2862     23:52     02 Avqust 2018    
“Lockheed Martin” F-35B “Lightning II” təyyarələrinin uçuş sınaqlarına dair Birləşmiş Krallıqla 7,8 milyon dollarlıq əlavə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu müqavilə ikili arasında daha öncə imzalanmış müqavilənin modifikasiyası kimi bağlanıb.

Müqavilə əsasında “Lockheed” Birləşmiş Krallıq üçün F-35 təyyarələrinin uçuş sınaqlarının təşkilinə dəstək verəcək.

Sınaqların Britaniyanın Samlesburi, ABŞ-ın Texas və digər bölgələrində baş tutması və 2020-ci ilin iyununda başa çatması gözlənilir.

Qeyd edək ki, beşinci nəsil çoxfuksiyalı stels təyyarələr olan F-35-lər ABŞ-la yanaşı, Britaniya, Yaponiya, Avstraliya və digər bir sıra dövlətlər tərəfindən satın alınıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Britaniya  


Bizi "telegram"da izləyin