Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Baş Qərargahı yayıb.
Bildirilib ki, bu gün səhər Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın Türkiyə ilə sərhəd Həkürk bölgəsində terrorçulara məxsus bir neçə mövqeyə aviazərbələr endirib.
Rəsmi məlumata əsasən, əməliyyatlar nəticəsində PKK terror qruplaşmasının 3 üzvü məhv edilib.
Dəyanət Ağalarlı
Ordu.az