Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Associated Press”in yayımladığı hesabatda qeyd olunub.
Bildirilir ki, İraqdakı müharibələr zamanı 2018-ci ilə qədər 9000-11000 arasında mülki vətəndaş həlak olub ki, bunların da əhəmiyyətli bir hissəsi birbaşa və ya dolayı olaraq ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından qaynaqlanır.
Hesabata əsasən 2014-2018-ci illər ərzində İraqda İŞİD terror qruplaşması ilə aparılan mübarizə terrorçu qruplaşmanı zəiflətməklə yanaşı, 1059 nəfər mülkü vətəndaşın da canına səbəb olub.
Həmçinin sadəcə ötən il ərzində Suriyada terrorla mübarizədə 260-460, Əfqanıstanda “Taliban” və İŞİD-lə əməliyyatlar nəticəsində isə 150-dən çox dinc sakin həlak olub.
Qeyd edək ki, hesabatda göstərilən rəqəmlər ABŞ-ın açıqladığı rəsmi rəqəmləri 5-10 dəfə üstələyir.
Dəyanət Ağalarlı
Ordu.az