“Thales” lazerlə idarəolunan sursatın sınağına başlayıb

2018/08/38292730_2624440714448747_4715987435194941440_n_1533204927.jpg
Oxunub: 2676     23:09     02 Avqust 2018    
“Thales” ötən ay təqdim etdiyi BAT-120 lazerlə idarəolunan sursatın ilk sınaqlarına başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, silah Fransanın qərbindəki “Biskarosse” poliqonunda sınaqdan keçirilib.

“Dassault Mirage 2000D” təyyarəsi vasitəsilə aparılan sınaqda prototipin plana uyğun trayektoriya cızdığı bildirilib.

Fransa dövlətinin müdafiə üzrə tədarük agentliyi olan DGA ilə birlikdə təkmilləşdirilən BAT-120 GL BAT-120-nin lazerlə idarəolunan versiyasıdır.

35 kiloqram çəkiyə sahib silaha 10 kiloqram ağırlığında döyüş başlığı yerləşdirmək mümkündür. Onun dağıntının az olması gərəkən şəhərdaxili və digər hədəflərə qarşı effektiv ola biləcəyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Thales   Biskarosse   BAT-120  


Bizi "telegram"da izləyin