Ərəb NATO-su güclənməkdə: 2 NATO çox ola bilər

2018/08/Saudi-royals_1533204566.jpg
Oxunub: 2504     18:07     02 Avqust 2018    
2-ci NATO adlandırılan Ərəb koalisiyası qısa müddətli dövrdə Qərbin maraqlarına uyğun gəlsə də, uzun perspektivdə NATO-nun maraqlarını təhlükə altına ata bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Duq Bandou bildirib.

O qeyd edib ki, Ərəb koalisiyasına bu qədər dəstək göstərilməsi məntiqli yanaşma tərzidir, lakin bunun gələcəyini də düşünmək lazımdır.

“Son bir neçə on ildə bölgədə Qərbin maraqlarına təhlükə yaradan bir sıra rejimlər devrildi. Hazırda mövcud olan yeganə təhlükə İrandır. NATO-nun İranı vurmaq üçün Ərəb koalisiyasından istifadə etməsi məqsədəuyğun addımdır, lakin Ərəb koalisiyası daxilində Qərb tərəfdən çıxış edən monarxiya dövlətləri daha sonrakı mərhələdə Qərbdən üz döndərə bilər. Səudiyyə Ərəbistanı 77 milyard, BƏƏ 25 milyard dollar, Oman isə 9 milyard dollar hərbi büdcəyə sahibdir. Şübhəsiz ki, belə nəhəng hərbi xərclərə sahib dövlətlər bir müddət sonra idarəolunmaz hala gələ bilər. NATO özünə rəqib olacaq Ərəb NATO-sunun güclənməsinə əngəl olmalıdır”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Qərb   Ərəb-NATO-su   Ərəb-Koalisiyası  


Bizi "telegram"da izləyin