Rusiyanın kosmik sənaye alimi çox məxfi məlumatları NATO-ya ötürüb?

2018/08/456456_1533199009.jpg
Oxunub: 1383     17:35     02 Avqust 2018    
Rusiya Maşınqayırma üzrə mərkəzi Tədqiqat İnstitutunun alimi Viktor Kudryavtsev NATO-ya üzv dövlətlərlə çox məxfi məlumatları paylaşmaqda ittiham olunur.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə alimin vəkili Yevgeni Smirnov bildirib.

Vəkilin sözlərinə görə, ötən həftənin çərşənbə günü müstəntiqlər Kudryavtsevə qarşı dövlətə xəyanət ittihamları səsləndiriblər.

“Əlimizdə olan istintaq materiallarına əsasən, Kudryavtsev NATO-ya üzv dövlətlərdən birinə məxfi sənədlər ötürüb. Lakin bu materiallarda nə ötürülən məlumatların növü, nə də onun ötürüldüyü ölkənin adı hallanmır”, - deyə Smirnov bildirib.

Qeyd edək ki, Rusiya Roscosmos Dövlət Kosmos Korporasiyasının tədqiqat institutu olan Maşınqayırma üzrə Mərkəzi Tədqiqat İnstitutunun alimi Kudryavtsev ötən ay Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Kosmik-sənaye  


Bizi "telegram"da izləyin