Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveç dövlət radiosu məlumat yayıb.
NATO üzvü olmamasına baxmayaraq, İsveçin alyansla çox yaxın əlaqələri var. Bir neçə on il davam edən laqeydlikdən sonra xüsusilə Ukrayna müharibəsindən sonra İsveç öz silahlı qüvvələrinin gücləndirmə yolunu tutub.
Mövcud havadan müdafiə sistemlərinin ballistik raketləri vurma imkanı olmayan İsveç dörd ədəd “Patriot” sistemi almağı planlaşdırır. Alınacaq raketlərin sayı isə gizli saxlanılır.
İsveç Müdafiə naziri Peter Hultqvist bu sistemlərin özünü sübut etdiyini və onların bir çox ölkənin silahlanmasında istifadə olunduğunu xatırladıb. Onun sözlərinə görə, isveçə ilk çatdırılma isə 2021-ci ildə baş tuta bilər.
Sözügedən sistemlərin alınmasına dair İsveçlə ötən ilin noyabr ayından etibarən danışıqlara başlayıb. Müqavilənin 1,14 milyard dollar ətrafında olması gözlənilir.
Qeyd edək ki, hazırda 15 ölkədə “Patriot” raketdən müdafiə sistemləri var ki, bunların arasında Almaniya, Niderland, Rumıniya, Polşa kimi NATO üzvləri, İsveçrə kimi neytral dövlətlər var.
Ağalar Ağalarlı
Ordu.az