İsrail “David Sapandı”nı ilk dəfə aktivləşdirdi: Yeni satış “bum”u başlaya bilərmi?

2018/08/5676_1533198643.jpg
Oxunub: 3080     16:27     02 Avqust 2018    
İsrail Müdafiə Qüvvələri iyulun 23-də ilk dəfə olaraq raket təhdidinə qarşı “David Sapandı” raketdən müdafiə sistemini işə qoşdu. O, Suriyadan atılan SS-21 ballistik raketlərinə qarşı iki raket əleyhinə raket buraxdı.

Ordu.az xəbər verir ki, Suriya raketləri Suriya ərazisinə düşərkən, “David Sapandı”nın atdığı iki raketdən biri Colan Təpələri üzərində özünü sıradan çıxardı.

“Dəmir Qübbə”nin uğuru və 2017-ci ilin martında “Arrow” raketinin Suriyanın yer-hava raketinə qarşı istifadəsi ilə, İsrailin qabaqcıl havadan müdafiəsinin bütün qatlarının istifadəyə verildiyini demək olar.

“David Sapandı” isə “Raytheon” və İsrailin “Rafael Qabaqcıl Müdafiə Sistemləri” tərəfindən birgə təkmilləşdirilib. “Raytheon” hələ 2004-cü ildə İsrail Müdafiə Nazirliyi tərəfindən partnyor kimi seçildi və kompaniya sistemin “Stunner” raketinin hazırlanması üzərində işlərə başladı. “Dəmir Qübbə” və onun “Tamir” raketinin əksinə olaraq, “Stunner” vur-öldür texnologiyasından istifadə edir. Bu tipli raketlər təhdidin yaxınlığında özünü partlatmaq əvəzinə, manevr edərək onu vurmaq üçün dizayn edilib.

“David Sapandı”nın ilk istifadəsinin uğurlu olması onun satış və ixracat imkanlarını artıra bilər. Bu yaxınlarda “Rafael” Rumıniya ilə “Dəmir Qübbə” ilə bağlı əməkdaşlıq sazişi imzaladı. Bu əməkdaşlıq onun daha çox satışına imkan yaradacaq. Başqa bir potensial bazarlar isə husilərin ballistik raket təhdidindən cana gəlmiş Səudiyyə Ərəbistan və hələ də gələcəyi dəqiq müəyyənləşdirilməmiş Koreya yarımadası ola bilər.

“David Sapandı” yaxınlaşmaqda olan təhdid, hədəfi müəyyənləşdirmək üçün istifadə olunan aktiv elektron skan radarından istifadə edir. Radar “İsrail Aerokosmik Sənayelər” şirkətinin alt qurumu olan “Elta Systems” tərəfindən istehsal edilib. Onun komanda və nəzarət komponentlərini isə “Elbit”in “Elisra” firması təkmilləşdirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: David-Sapandı   İsrail  


Bizi "telegram"da izləyin