Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidmətindən verilib.
Qeyd olunub ki, ötən gün ərzində seperatçı qüvvələr atəşkəs rejimini 21 dəfə pozublar.
Baş verən qarşıdurmalar nəticəsində Ukrayna ordusunun 5 hərbçisi yaralanıb, 1-i itkin düşüb.
Rəsmi məlumata əsasən qarşıdurmalar zamanı seperatçı qüvvələrin 5 üzvü məhv edilib, daha 4-ü isə yaralanıb.
Dəyanət Ağalarlı
Ordu.az