Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, sözügedən məsələ bu həftə sonu Sinqapurda baş tutacaq ASEAN sammitində müzakirə olunacaq.
Məlumata görə, artıq bununla bağlı Cənub-Şərqi Asiyanın 10 ölkəsinin Xarici İşlər nazirləri tərəfindən sənəd hazırlanıb.
Sənəddə deyilir ki, ASEAN dövlətləri Rusiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı bundan sonra da gücləndirməyə meyillidir.
Qeyd edək ki, bölgədəki sonuncu kiberhücum zamanı Sinqapur hökumətinin 1,5 milyon barəsindəki sağlamlıq məlumatları oğurlanıb. Bu ilin əvvəlində isə Malayziya öz Mərkəzi Bankına qarşı kiberhücumun qarşısının alındığını elan edib.
Ağalar Ağalarlı
Ordu.az