Qırmızı dənizdə 4 ölkənin ortaq təlimləri davam edir

2018/08/567567_1533193781.jpg
Oxunub: 1655     15:07     02 Avqust 2018    
Misirin ev sahibliyi etdiyi donanma təlimlərində ABŞ, BƏƏ və Səudiyyə Ərəbistanı da iştirak edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Misir ordusunun sözçüsü polkovnik Tamer Əl-Rəfayi bildirib.

O qeyd edib ki, “Eagle Response 2018” adı verilən hərbi təlimlərdə 4 fərqli ölkənin hərbçiləri müxtəlif taktiki döyüş tapşırıqları həyata keçirir.

Təlimlərdə iştirak edən hərbi qüvvələr əsasən dənizdən quruya desant heyətinin çıxarılması, gəmilərdən seçilmiş şərti hədəflərə artilleriya zərbələrinin endirilməsi kimi praktiki hazırlıqlar keçirlər.

Qeyd edək ki, Qırmızı dənizdə keçirilən təlimlər 25 iyul tarixində start götürüb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırmızı-dəniz   Eagle-Response-2018  


Bizi "telegram"da izləyin