MMSQ Pentaqonun hərbi əməliyyatlarına ciddi sərhədlər gətirəcək

2018/08/airstrike_c0-191-5453-3370_s885x516_1533193173.jpg
Oxunub: 3399     14:47     02 Avqust 2018    
Milli Müdafiə Səlahiyyətləndirmə Qanunu ABŞ-ın hərbi əməliyyatlarının ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, bunun başlıca səbəbi yeni qanun layihəsinin Pentaqonun əməliyyatlar və onların xərclərinin idarə edilməsi ilə bağlı Konqres qarşısında qoyduğu ciddi öhdəliklərdir.

Məlumata əsasən yeni qanun layihəsi nəticəsində növbəti ildən etibarən ABŞ ordusunun İŞİD və “Taliban”a qarşı əməliyyatları müəyyən qədər sərhədlənəcək.

Qeyd edək ki, yeni qanun layihəsi Pentaqonun hərbi xərclərinin yalnızca aktiv hərbi fəaliyyətlər üçün istifadə olunan hissəsinin əhatəli hesabatlılığını tələb edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   MMSQ   Pentaqon  


Bizi "telegram"da izləyin