Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən freqatın istehsalı hazırda “General Dynamics” tərəfindən davam etdirilir.
Məsələ ilə bağlı ABŞ donanmasının mətbuat xidmətindən yayılan məlumata əsasən, “Lockheed Martin” şirkəti gəminin konseptual dizayn mərhələsini həyata keçirəcək.
Bildirilib ki, 15 milyon dollar dəyərində olan layihə üzrə işlərə bu ilin sonlarından etibarən başlanılacaq.
Qeyd edək ki, daha öncə gəminin sensor və silah sistemləri üzrə işlərin görülməsi üçün “Bath İron” və “Austal” şirkətləri ilə də müqavilələr imzalamışdı.
Dəyanət Ağalarlı
Ordu.az