Yaponiya Müdafiə naziri Rusiyanın Baltik filotiliyasına baş çəkib

2018/08/234234_1533191420.jpg
Oxunub: 3377     14:28     02 Avqust 2018    
Yaponiya Müdafiə naziri İtsunori Onodera Sankt Peterburqda Rusiyanın Qərb Hərbi Dairəsinin Komandanı general-leytenant Viktor Astapovla görüşüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, görüşlər hərbi dairənin zabitlər klubunda baş tutub.

Görüş zamanı müdafiə əməkdaşlığı və Rusiyanın Qərb Hərbi Dairəsinin bölükləri ilə Baltik Filotiliyası gəmilərinin iştirak edəcəyi birgə təlimlərin təşkilinə dair müzakirələr aparılıb.

Bu danışıqlardan öncə isə Onodera Baltik Filotiliyasının Kronstadda yerləşən əsas bazasına baş çəkib. Qeyd edək ki, bu filotiliya Rusiya donanmasının beş əsas regional diviziyasından biridir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya   Balik  


Bizi "telegram"da izləyin