Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin mətbuat katibi general-mayor Səəd Məan bildirib.
“Neynəvə Polis Komandanlığı terror aktlarının təşkilində şübhəli bilinən 14 İŞİD terrorçusunu ələ keçirib”, - deyə sözçü bildirib.
Onun sözlərinə görə, terrorçular Mosulun şərqində tutulublar. Onların tutulduğu yerdə isə 325 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu tapılıb.
Ağalar Ağalarlı
Ordu.az