Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Pentaqonun sözçüsü Şeril Klinkel bildirib.
O qeyd edib ki, hərbi mövcudluğun aşağı endirilməsi sadəcə hərbi qüvvələrin azaldılması ilə sərhədlənmir, eyni zamanda hərbi təlimlər və əməliyyatlar da müəyyən qədər azaldılacaq.
Hazırda 12 fərqli Afrika ölkəsində 20 mindən çox hərbçi ilə aktiv hərbi fəaliyyət göstərən ABŞ bu rəqəmi növbəti il ərzində 15 minə qədər azaltmağı planlaşdırır.
Qeyd edək ki, terror təhlükələrinin artdığı bir zamanda ABŞ-ın belə bir addım atmasına səbəb kimi 2019-cu il dövlət büdcəsinin müəyyən qədər əngəllər formalaşdırması göstərilib.
Dəyanət Ağalarlı
Ordu.az