Netanyahu strateji neft yollarının bağlanmasına qarşı İrana xəbərdarlıq edib

2018/08/Netanyahu-1_1533188092.jpg
Oxunub: 3337     13:33     02 Avqust 2018    
İsrail Baş naziri Benyamin Netanyahu Bab əl-Məndəb boğazının bağlanmasına qarşı İran və onun müttəfiqlərinə xəbərdarlıq edib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, o, bu addımın beynəlxalq koalisiya tərəfindən qəti şəkildə rədd ediləcəyini vurğulayıb.

“Əgər İran Bab əl-Məndəb boğazını bloklamağa çalışsa, əmin edirəm ki, o, beynəlxalq koalisiya ilə hesablaşmalı olacaq. Bu koalisiya İsrail dövlətini və onun hərbi gücünü də ehtiva edəcək”, - deyə Netanyahu bildirib.

Xatırladaq ki, İran Fars körfəzini Ərəbistan dənizi ilə birləşdirən Hörmüz körfəzindən keçən strateji neft daşınan yolları bağlamaqla təhdid etsə də, iranlı rəsmilər konkret olaraq Bab əl-Məndəb boğazının adını hallandırmayıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Bab-əl-Məndəb  


Bizi "telegram"da izləyin