91 yaşlı ordu: XAO nə qədər möhkəmdir?

2018/08/38147172_2623268564565962_3531750774277144576_n_1533143370.jpg
Oxunub: 4162     02:14     02 Avqust 2018    
Çin Xalq Azadlıq Ordusunun bu gün 91 yaşı tamam olur. Çinin Xalq Azadlıq Ordusundan fəxr etmək üçün bir çox səbəbi var. O, dünyanın ən güclü orduları sırasına daxil olub.

Ötən ilin oktyabrında 19-cu Kommunist Partiyası Konqresində Si Tsinpinq Çinin ambisiyalı gündəmini elan etdi: XAO əsrin ortalarına qədər dünya standartlarına sahib ordu olmalıdır. Bunun üçün 2020-ci ilə qədər mexanizmlər işlənib hazırlanmalı, 2035-ci ildə isə modernizasiya tamamlanmalıdır.

XAO hazırda öz məqsədinə gedən yolda irəliləyir. Son 20 ildə Çinin müdafiə xərclərində iki rəqəmli artım olub. Bu gün XAO-nun silahlanmasında dünyanın ən qabaqcıl hərbi imkanlarının bəziləri yer alıb. Bunlara ənənəvi və nüvə raketləri, stels qırıcı təyyarələr, pilotsuz uçuş vasitələri, kosmik platformalar və s. aiddir.

Lakin sadəcə yeni texnika və texnologiyalar döyüş effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasında kifayət deyil. 2015-ci ildə XAO 1950-ci illərdən sonra ilk geniş miqyaslı islahat proqramının tətbiqinə başladı. Əsas diqqət yetirilən nöqtə onun təşkilati strukturudur. Mərkəzi Hərbi Komissiya və daha aşağı səviyyəli strukturlar arasında orta rol oynayan 4 departament formalaşdırılıb. 7 coğrafi əsaslı hərbi region 5 hərbi dairə komandanlığında birləşdirildi.

Eyni zamanda XAO-nun personal sayı 300 min nəfər azaldıldı ki, bunun da əksəriyyəti Quru Qoşunlarından idi. Bununla donanma, Hərbi hava Qüvvələri və raket qüvvələrinin daha sürətli inkişafı qarşıya qoyulub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XAO  


Bizi "telegram"da izləyin