Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Global Times”ın yayımladığı araşdırmada qeyd olunub.
Bildirilir ki, ABŞ Çinin Cənubi Çin dənizində artan təhdidlərinə qarşı Tayvandakı Amerika Hərbi İnstitutunun müdafiəsi məqsədilə bu ölkəyə əlavə hərbi qüvvə göndərməyi planlaşdırır.
Araşdırmada qeyd olunub ki, bu planlardan Çinin də xəbəri var və Pekin bu addımları Tayvanın işğalı kimi xarakterizə edir.
Məqaləyə əsasən hətta Çin özünə qarşı ciddi təhlükə hiss edəcəyi anda ABŞ-a hərbi, yaxud dipomatik şəkildə kəskin cavab verə bilər.
Qeyd edək ki, Tayvandakı Amerika Hərbi İnstitutu illərdir hərbi baza və təhsil ocağı kimi fəaliyyət göstərən hərbi mərkəzdir. Burada 2000-ə qədər amerikalı hərbçi saxlanılır.
Dəyanət Ağalarlı
Ordu.az