Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, vasitə ASELSAN-ın “Sarp” uzaqdan idarəolunan stabil silah sistemi ilə mühafizə olunacaq.
Türkiyə müdafiə sənayesinin iki böyük firması olan BMC və ASELSAN arasında Quru Qoşunları Komandanlığı, Jandarma Baş Komandanlığı və Sahil Təhlükəsizlik Komandanlığı ehtiyaclarını qarşılamaq üzrə iyun ayında “Sarp” silah sisteminin tədarükü ilə əlaqədar 94,7 milyon avroluq müqavilə imzalanıb.
Qeyd edək ki, “Vuran” 9 nəfərlik ekipaj heyəti daşıya bilir. Onun yüksək səviyyəli mühafizə və hərəkət qabiliyyəti daha çox diqqət cəlb edir.
Yeni konfiqurasiyalı çoxməqsədli zirehli vasitə olan “Vuran”nın monokok tipli zirehli kabinə və pəncərələri, amartizatorlu oturacaqları, V formalı alt hissəsi, silah modulu və qəza çıxışı qapağı mina və ballistik təhdidlərə qarşı müdafiə təmin edir.
Vasitəyə inteqrasiya ediləcək “Sarp” silah sisteminə isə 7,62 mm-lik avtomat tüfəng, 12,7 mm-lik təyyarə əleyhinə mərmi və ya 40 mm-lik bomba quraşdırıla bilər.
Ağalar Ağalarlı
Ordu.az