Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Çinin Nigeriyadakı səfirinin hərbi məsələlər üzrə attaşesi polkovnik Liu Yonqxuan bildirib.
O qeyd edib ki, Çin Nigeriyada bir sıra hərbi layihələrin maliyyələşdirilməsində və Nigeriya ilə hərbi əməkdaşlığın dərinləşdirilməsində olduqca maraqlıdır. Pekin eyni zamanda Nigeriyanın terrorla mübarizəsini dəstəkləyir.
Rəsminin sözlərinə əsasən Çin sadəcə Nigeriyanın deyil, bütün Afrika ölkələrinin güclənməsinə və Afrikanın əsas siyasi mərkəzlərdən birinə çevrilməsinə çalışır.
Bir sıra siyasi ekspertlər isə Çinin Afrika dövlətləri ilə bu qədər yaxınlaşmasını ABŞ-la mübarizədə kifayət qədər nəhəng potensial vəd edən yeni bir bölgəni ələ keçirmək məqsədi güddüyünü bildirir.
Belə ki, Pekində hərbi sahədə Afrika sammitinin keçirilməsi, Çinin Afrikanı silahlanmasına maliyyə yardımları və qarşılıqlı hərbi təlimlər Pekinin Afrikanı özünə bağlamağa çalışdığını göstərir.
Dəyanət Ağalarlı
Ordu.az