Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Conatan Dovel bildirib.
O qeyd edib ki, bu gün səhər Kaliforniyadakı Vandenberq bazasından buraxılan raketin sınaq zamanı idarəetmə sistemi işləkliyini itirib.
Belə ki, raketin öz-özünü məhv etməsi üçün idarəetmə mərkəzinə göndərdiyi siqnal kəsilib. Daha sonra isə raketin idarə edilməsi mümkünsüz hala gəlib.
Bildirilir ki, raket daha sonra Sakit Okean üzərində məhv edilib. Sınağın uğursuzluqla yekunlaşmasından dərhal sonra ABŞ HHQ rəhbərliyi məsələ ilə bağlı araşdırma komissiyasının yaradılması ilə bağlı qərar qəbul edib.
Dəyanət Ağalarlı
Ordu.az