Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sistemlərinin çatdırılmasını “Northrop Grumman” həyata keçirib.
“Northrop Grumman” C4ISR diviziyasının vitse-prezidenti Roşan Roeder çatdırılan sistemlərin Dəniz Korpusuna döyüş zamanı əlavə missiya qabiliyyəti qazandıracağını bildirib.
Yüksək enerjili antena texnologiyası ilə birləşdirilən G/ATOR-un qısa və orta mənzilli radar sistemi qanadlı raketlərin, minaatanların və artilleriya mərmilərinin aşkarlama qabiliyyətinə malikdir.
Dəniz Korpusu üçün altı ədəd G/ATOR sisteminin alınması üçün 225 milyon dollar vəsait xərclənib. Onların 2019-cu ildə tam əməliyyat qabiliyyətinə nail olması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az