Yəmən ordusu ölkənin şimalında husilərə qarşı ciddi qələbələr qazanıb

2018/08/6456_1533128573.jpg
Oxunub: 2303     21:02     01 Avqust 2018    
Ərəb koalisiyasının dəstəklədiyi Yəmən ordusu ölkənin şimalında husi qüvvələrinin ən güclü olduğu bölgələrdə ciddi qələbələr qazanıblar.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hökumət qüvvələri bu dəfə də Səda vilayətinin Baqəm bölgəsində irəliləyə bilib.

Husilər üzərində bir sıra döyüşlərdə qələbə çalan ordu Muğram dağını qiyamçılardan azad etməyə nail olub. Bu, husilərin ən güclü olduğu bölgədə hökumət qüvvələri tərəfindən əldə edilmiş ilk böyük nailiyyətdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin