Çinin “Xian H-6K”sının ABŞ donanmasını batıra biləcək silahı var? – NI

2018/08/5676_1533127815.jpg
Oxunub: 2421     20:48     01 Avqust 2018    
Çin mətbuatında Pekinin “Xian H-6K” bombardmançısı vasitəsilə yeni havadan atılan gəmi əleyhinə ballistik raketi sınaqdan keçirdiyinə dair xəbərlər yayılıb.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, Çin rəsmi şəkildə bu sınağı təsdiqləməsə də, bəzi ciddi sübutlar bunun doğru olduğunu göstərir.

Amerika Alimlər Federasiyasının Nüvə İnformasiya Layihəsinin rəhbəri Hans Kristensen də belə bir raket sınağının həyata keçirildiyini iddia edib.

Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin strateji bombardmançı qüvvələri ABŞ qüvvələrini Qərbi Sakit okean bölgəsindən kənarda saxlamaqda xüsusi əhəmiyyətə malikdir. Çinin sözügedən sınağı keçirib-keçirməməsinin aydın olmamasına baxmayaraq, istənilən halda bu təəccüb doğurmamalıdır.

Çin bundan öncə DF-21D və DF-26 kimi gəmi əleyhinə ballistik raketlər yerləşdirib. Buna görə də, Pekinin onun daha kiçik, qısa mənzilli quru bazalı ballistik raketlərindən birini havadan atılan versiyaya adaptasiya etməsi mümkündür. Necə ki, Rusiya 9K720 “İsgəndər”i Kh-47M2 “Kinjal”a uyğunlaşdırdı.

Pekinin havadan atılan ballistik raketi 600 kilometr mənzilə sahib DF-15 raketi üzərində hazırlanmış ola bilər. Onun uzunluğu 6 metr, ağırlığı isə 6 min 200 kq ola bilər. H-6K isə bu ağırlıqda yükü asanlıqla daşımağa qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-ABŞ   Xian-H-6K  


Bizi "telegram"da izləyin