“Armata”da istifadə olunan zirehin etibarlılığı artırılacaq

2018/08/456456_1533127453.jpg
Oxunub: 2656     20:42     01 Avqust 2018    
“Armata”, “Kurqanets” və “Bumeranq” platformalarında istifadə olunan zirehlin istifadə müddəti və etibarlılığı 20%-ə qədər yüksələcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov bildirib.

Onun sözlərinə görə, hazırda logistik dəstək proqramının əvvəlcədən vəd edilmiş modellərinin hazırlanması istiqamətində işlər davam etdirilir.

Avtomat vasitələrin yükgötürmə qabiliyyətinə də toxunan Bulqakov bu sahədə də 30%-lik inkişafa nail olunduğunu bildirib.

O, 2012-2016-cı illər arasında 7500-dən çox motorlu logistik vasitənin GLONASS avtomat peyk naviqasiya sistemi ilə təchiz olunduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Armata   Kurqanets  


Bizi "telegram"da izləyin