Əfqanıstanda böyük əməliyyat: 153 İŞİD üzvü ələ keçirildi

2018/08/0-=_1533127337.jpg
Oxunub: 2258     20:32     01 Avqust 2018    
Əfqanıstan ordusunun Cəvazcandakı əməliyyatları zamanı İŞİD terror qruplaşmasının 153 üzvü ələ keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Cəvazcan vilayət rəhbərliyi bildirib.

Qeyd olunub ki, ordunun bölgədə keçirdiyi əməliyyatlar nəticəsində İŞİD qruplaşması ciddi itkilər verib.

Məlumata əsasən bir müddət müqavimət göstərdikdən sonra qarşıdurmanın mənasız olduğunu başa düşən terrorçu qruplaşmanın bölgədəki birliyi təslim olub.

Bildirilir ki, təslim olan 153 terrorçunun arasında İŞİD Əfqanıstan üzrə lideri hesab edilən Həbib ur Rəhman da var.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD  


Bizi "telegram"da izləyin