ABŞ “Block 3 Chinkook”un istehsal müddətini uzadıb

2018/08/456456_1533126887.jpg
Oxunub: 1901     22:33     01 Avqust 2018    
“Boeing” şirkəti özünün yeni Block-3 helikopterləri ilə bağlı planlarına dəyişiklik edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı proqramın rəhbəri polkovnik-leytenant Robert Klarenbax bildirib.

O qeyd edib ki, şirkət helikopterin istehsalını bir müddət daha uzatmağı qərara alıb.

Belə ki, yeni qərara əsasən layihə üzrə araşdırma və təkmilləşdirmə işlərinin 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. Bundan sonra isə 2040-cı ilə qədər helikopterlərin ilkin istehsalı ABŞ HHQ-nə təhvil veriləcək.

Klorenbax bildirib ki, buna səbəb Pentaqonun helikopterlərlə bağlı bir sıra yeni tələblər irəli sürməsidir. O, tələblərin nədən ibarət olması ilə bağlı açıqlama verməsə də, qeyd edib ki, helikopterlərin yenə də paralel olaraq nəqliyat və hücum məqsədli olmaqla 2 fərqli versiyası istehsal olunacaq.

Qeyd edək ki, daha öncə şirkət helikopterlərin istehsalına 2023-cü ildə başlanılmasını və 2035-ci ildə ilkin istehsalın yekunlaşdırılacağı proqnozlaşdırılırdı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Block-3-Chinkook  


Bizi "telegram"da izləyin