Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkət rəhbərliyi bildirib.
Qeyd olunub ki, şirkət ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə hərbi bazada radiodalğaların ötürülməsi üçün istifadə olunan sistemlərin modernizasiyasını və yeni sistemlərin qurulmasını həyata keçirəcək.
Bildirilib ki, 18,2 milyon dollar dəyərindəki layihə üzərində işlər 2019-cu ilin mart-oktyabr aylarını əhatə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az