Döyüş gəmiləri bazarının analizi – 2018-2026 (HESABAT)

2018/08/Combat-Ships-2_1533125418.jpg
Oxunub: 3982     20:07     01 Avqust 2018    
Hazırda döyüş gəmilərinin istehsalı bazarında nəzərə çarpan artım tendensiyası qeydə alınmasa da, bu rəqəmin 2026-cı ildə 8,8 faizə qalxacağı gözlənilir.

Ordu.az “İndustry Today”ə istinadən xəbər verir ki, döyüş gəmilərinin istehsalına görə əsas fərqlənən ölkələr ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və Fransadır.

Bildirilir ki, bu bazarın artım dinamikası o qədər də yüksək səviyyədə olmasa da, hərbi sənaye sahələri içərisində ən böyük maliyyə həcminə sahib sektorlardan biridir.

Belə ki, ümumi dəyəri yarım triliyondan çox olan döyüş gəmilərinin istehsalı və modernizasiyası bazarında əsas öndə gələn firmalar “BAE Systems”, “Lockheed Martin” və “Kaiser” şirkətləridir.

Qeyd edək ki, bu bazarın 2026-cı ilə qədər orta illik artım dinamikasının 8,8 faizə, ümumi bazar həcminin isə 1 trilyon dollara yüksəlməsi gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Döyüş-Gəmiləri   Bazar-Araşdırması   Hesabat  


Bizi "telegram"da izləyin