Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə həm “Taliban”, həm də hökumət rəsmiləri bildiriblər.
“Dəhşətli İŞİD fenomeni tamamilə aradan qaldırılıb və Əfqanıstanın Cəvazcan vilayətindəki insanlar onun əziyyətindən xilas ediliblər”, - deyə “Taliban”a yaxın mənbə bildirib.
Qeyd edək ki, qiyamçılar bir neçə həftə öncə Cəvazcan vilayətində terrorçulara qarşı hücum başladıb. Hətta ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandanı general Con Nikolson da “Taliban”ın İŞİD-ə qarşı vuruşmasından məmnunluğunu dilə gətirmişdi.
“Taliban”la yanaşı ABŞ qüvvələri də Cəvazcan vilayətində İŞİD terrorçularına hava zərbələri endiriblər. Buna baxmayaraq, “Taliban” bu mübarizədə istənilən əməkdaşlıq təklifini rədd edərək, ABŞ-ı onlara mane olmaqda ittiham edib.
Ağalar Ağalarlı
Ordu.az