Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Polşa Nazirlər kabinetinin üzvü Arkadiuz Mularçik bildirib.
O qeyd edib ki, kabinet bu məsələ üzərində xeyli müddətdir ki, araşdırmalar aparır.
“Biz aparılan işlərin növbəti mərhələsi olaraq hesabatın yaxın zamanlarda Parlamentə təhvil verilməsini planlaşdırırıq. Rusiya Sovetlər Birliyinin rəsmi olaraq varisi olduğu üçün 1939-1945-ci illərdə SSRİ tərəfindən dəyən zərərin qarşılanması üçün kompensasiya ödəməlidir. Əgər parlamentdə layihə qəbul edilərsə, onda biz bu tələbi Moskvaya göndərəcəyik”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az