Britaniya S.Ərəbistanının Yəməndəki əməliyyatlarını maliyyələşdirir? – İDDİA

2018/08/54_1533124121.jpg
Oxunub: 4308     19:47     01 Avqust 2018    
Britaniyalı aktivistlər ölkələrini Səudiyyə Ərəbistanının Yəməndəki əməliyyatlarını maliyyələşdirməkdə günahlandırırlar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, iddialara əsasən maliyyələşdirməni Britaniyanın “The PricewaterhouseCoopers” şirkəti həyata keçirir.

Bildirilir ki, şirkət Səudiyyə Ərəbistanının Yəməndəki əməliyyatları üçün Böyük Britaniya və Krallıq arasında gizli əlaqələrin qurulmasında və hərbi əməkdaşlığın həyata keçirilməsindən məsuliyyət daşıyır.

İddialara əsasən hətta şirkət Böyük Britaniya hökuməti ilə çox sıx əlaqələrə sahibdir ki, aktivistlər də bununla Londonun öz qara əməllərini gizlətməyə çalışdığını və planlarını şirkət vasitəsilə həyata keçirdiyini bildirib.

Qeyd edək ki, bütün bunlara cavab olaraq sözügedən şirkət iddiaların əsassız olduğunu və yalnızca iki ölkə arasında Yəmən problemi ilə bağlı aparılan danışıqların maliyyələşdirildiyini bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Yəmən  


Bizi "telegram"da izləyin