"Bizim qələbə tariximiz çox yaxındadır" - Əsəd

2018/08/7567_1533121539.jpg
Oxunub: 2880     19:04     01 Avqust 2018    
Suriya prezidenti Bəşər Əsəd ordu ilə bir araya gəlib. Daha sonra isə Suriya Prezident Administrasiyası bütün hərbçilərə ünvanlanan məktub yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bəşər Əsəd terrorla mübarizədə göstərdikləri cəsarətdən dolayı hərbçilərə təşəkkür edib.

Prezident bildiirb ki, ordu bundan sonra da terrorla mübarizəsini digər bölgələrdə davam etdirəcək.

“Bizim qələbə tariximiz çox yaxındadır. Siz onları (müxalifləri və terrorçuları) məhv etdiniz. Ötən ilin əvvəllərində Suriyanın Dəməşq və ətraf ərazilər olmaqla sadəcə 17 faizi legitim hökumətin nəzarətindəydi. Suriya sizin əzmkarlığınız və müttəfiqlərimizin dəstəyi ilə öz azadlığına qovuşmaq üzrədir. Çox qısa müddətdə bütün Suriyanı azad edəcəyinizə inanıram”, - deyə Bəşər Əsədin ünvanladığı məktubda qeyd olunub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd   Dera   Küneytrə  


Bizi "telegram"da izləyin