Moskva NATO-nun Rusiyaya hücum planlarından xəbərdardır

2018/08/1527076329_1050857342-651x369_1532505622_1533121269.jpg
Oxunub: 1989     19:00     01 Avqust 2018    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva özünün potensial düşmənlərinin Rusiyaya qarşı müharibə planlarını yaxşı başa düşür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qərb Rusiyadan təhdidlər edildiyini əsas gətirərək özü Rusiyanı təhdid altında saxlamağa çalışır.

“Baxın NATO baş katibi Yens Stoltenberq və bütün müttəfiqlər bildirir ki, Rusiyanın aqressiv davranışları alyans üçün təhdiddir. Buna görə də ABŞ döyüş gəmiləri Qara dənizə daxil olur. Qərb bir tək nümunə göstərə bilərmi ki, Rusiya hər hansısa bir alyans üzvü üçün real təhdid yaradıb? Lakin özləri Rusiya sərhədlərinə hər ötən gün daha çox hərbi qüvvə toplayır, daha çox texnika gətirir. Moskva bütün bu planlardan xəbərdardır. NATO Rusiyanın onlara təhdid yaratdığını deməklə özünün Moskvaya göstərdiyi təhdidləri ört-basdır etməyə çalışır. Biz bunlara kəskin şəkildə cavab verəcəyik”, – deyə Lavrov qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin