Ordu.az CNN-ə istinadən xəbər verir ki, ölkə bunu özünün dünyanın əsas silah ixracatçısı olma yolundakı alət kimi dəyərləndirir.
Müsabiqənin Çində keçiriləcək hissəsi bazar günü ölkənin uzaq qərbindəki Xincianq vilayətində başlayıb və avqustun 11-nə qədər davam edəcək.
Çin dövlət televiziyası bildirib ki, bu müsabiqə iştirakçı dövlətlərin Çin hərbi ləvazimatlarını almadan istifadə etmək imkanı verdiyini diqqətə çatdırıb.
“Bu Çin üçün öz hərbi gücünü dünyaya nümayiş etdirmək baxımından fürsətdir. Digər tərəfdən o, Çinin kommersiya şanslarını da artıracaq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutu 2008-2007-ci illərdə Çinin 14 milyard dollardan çox, ötən il isə 1 milyard civarında silah satdığını bildirir.
Çinin əsas hərbi müştəriləri Pakistan, Banqladeş, Myanma və İrandır. Bu ölkələr də sözügedən müsabiqədə iştirak edir.
Ağalar Ağalarlı
Ordu.az