ABŞ-Yunanıstan ortaq hərbi təlimləri yekunlaşıb

2018/08/456456_1533119420.jpg
Oxunub: 2239     18:29     01 Avqust 2018    
Yunanıstan və ABŞ xüsusi təyinatlı birliklərinin Yunanıstanın Attika bölgəsində keçirilən ortaq təlimləri başa çatıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Yunanıstan Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, 10-31 iyul tarixlərində keçirilən hərbi təlimlərdə hər iki ölkə xüsusi təyinatlı qruplarının 400-ə qədər üzvü iştirak edib.

Bildirilib ki, təlimlərdə nəzəri və praktiki hazırlıqlar keçirilib. Partlayıcı qurğuların zərərsizləşdirilməsi, fərdi döyüş vasitələrdən effketiv istifadə, paraşütdən tullanma və s. taktiki tapşırıqları həyata keçiriblər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Yunanıstan   Təlimlər  


Bizi "telegram"da izləyin