Ərəb koalisiyası Sədaya 200 raket atıb

2018/08/456456_1533114550.jpg
Oxunub: 3391     17:08     01 Avqust 2018    
Səudiyyə Ərəbistanı rəhbərliyi altında husi qiyamçılarına qarşı mübarizə aparan koalisiya qüvvələri Yəmənin Səda vilayətinə böyük raket və artilleriya hücumu həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ərazidə olan yerli mənbələr bildiriblər.

Məlumata görə, bölgəyə 200 raket atılıb. Həmçinin aviazərbələr endirilib və hücum zamanı minaatanlardan da istifadə olunub.

Hücuma “Zilzal-2” raketləri ilə cavab verməyə çalışan qiyamçıların çox sayda itki verdiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səda   Husilər  


Bizi "telegram"da izləyin