Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqon sözçüsü Ceymi Deyvis bildirib.
O qeyd edib ki, Pentaqon kosmik qüvvələrlə bağlı Konqresə verəcəyi hesabatı yekunlaşdırmaq üzrədir.
“Biz kosmik qüvvələrlə bağlı rəsmi hesabatı yaxın günlərdə Konqresə təqdim etməyi planlaşdırırıq. Hesabatla bağlı detallı açıqlama verə bilməsəm də, qeyd etməliyəm ki, bu qüvvələrin formalaşdırılma müddəti ilə bağlı tələb edilən müddətin çox az olduğunu qeyd etmişik. Bu həm maliyyə cəhətdən, həm də fiziki olaraq mümkünsüz bir tapşırıqdır. Ona görə Pentaqon layihənin müddətinin uzadılmasını tələb edəcək”, - deyə sözçü bildirib.
Dəyanət Ağalarlı
Ordu.az