Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sahədə 2014-cü ildən işləyən ASELSAN ötən il Beynəlxalq Müdafiə Sənayesi Sərgisində “Tufan Elektromaqnit Top Sistemi”ni təqdim edib.
Saniyədə 2-2,5 min metr sürətlə, yəni səsdən 6 dəfə sürətlə hərəkət etdiyi bildirilən sistemin atış sınaqlarının həyata keçirilib. “Tufan”ın ilkin prototipi ilə Konya-Karapınar bölgələrində həyata keçirilən sınaqlarda sursatın hətta səsdən 9 dəfə sürətlə hədəfə göndərildiyi bildirilib.
Müdafiə Sənayesi naziri İsmayıl Dəmirin də iştirak etdiyi sınaqlarda atışın başlanğıc sürətində saniyədə 3 min metrə nail olunub. Bu, barıtdan istifadə edən klassik silahlarınkından 3 dəfə çoxdur.
Qeyd edək ki, elektromaqnit atış sistemləri gələcəyin hava müdafiə silahı kimi dəyərləndirilir. Bu texnologiyadan istifadə edilərək təkmilləşdirilən və “railgun” adlandırılan silahların çox uzzaq məsafələrdəki hədəflərə qarşı təsirli olması gözlənilir.
ASELSAN qarşıdakı dövrdə sözügedən texnologiyanın bütün alt elementlərini təkmilləşdirməyi davam etdirərək daha ağır sursatların daha yüksək enerji ilə atılmasını hədəfləyib. Bu sahədə ABŞ başda olmaqla sadəcə Almaniya, Fransa, Çin, Rusiya və Cənubi Koreya kimi ölkələrdə işlər görülür.
Ağalar Ağalarlı
Ordu.az