Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə naziri Maris Peyn bildirib.
Donanma təlimlərini Avstraliya təşkil edəcək və burada ABŞ-ın da iştirakı nəzərdə tutulub. Həm bu, həm də Avstraliyanın daxili işlərdə Çinin təsirini aradan qaldırmağı nəzərdə tutan qanunun layihəsini qəbul etməsindən sonra iki ölkə arasındakı əlaqələrin pisləşməsindən dolayı Çinin təlimlərdə iştirakı bir qədər sürpriz xəbər olub.
Peynin sözlərinə görə, Çin donanması keçid təlimləri, gəmilərarası kommunikasiyalar və yenidən təchizat fəaliyyətləri, dəniz təlim manevrlərində iştirak edəcək.
“Çinin açıq atəş təlimlərində iştirakı nəzərdə tutulmayıb”, - deyə o bildirsə də, buna heç bir səbəb göstərməyib.
Ağalar Ağalarlı
Ordu.az