Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, zərərsizləşdirilənlər ölkənin stabilliyini pozmaq məqsədilə terror aktları törətmək üçün formalaşdırılmış “Hasm” qrupunun üzvləri olublar.
Qeyd edək ki, Misir 2016-cı ildən meydana gələn “Hasm” qrupunu təhlükəsizlik qüvvələrinə qarşı törədilmiş çoxsaylı hücumlarda ittiham edir. Eyni zamanda onun “Müsəlman Qardaşları”nın silahlı qanadı olduğu iddia edilsə də, “Müsəlman Qardaşları” bunu rədd edir.
Ağalar Ağalarlı
Ordu.az