"Suriyanın cənubunda əməliyyatlar yekunlaşdırılıb" - Lavrentyev

2018/08/567567_1533103672.jpg
Oxunub: 4178     14:05     01 Avqust 2018    
Rusiya Prezident Administrasiyasından Suriyanın-İsrail-İordaniya ilə sərhəd bölgələrində terrorla mübarizə əməliyyatlarının yekunlaşdırılması ilə bağlı açıqlama verilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

O qeyd edib ki, əməliyyatlar bitdiyi üçün artıq bölgəyə geniş miqyaslı humanitar yardımların çatdırılması planlaşdırılır.

“Suriyanın cənub və cənub-qərb bölgələrində İsrail və İordaniya ilə sərhəd bölgələrində İŞİD və “Cəbhət Ən-Nüsra terror qruplaşmasına qarşı əməliyyatlar uğurla yekunlaşdırılıb. Küneytrə və Dera terrorçulardan tamamilə təmizlənib. Əməliyyatlar zamanı 26 dron zərərsizləşdirilib. Bundan sonra da bu bölgələrin hava hücumundan müdafiəsi təmin ediləcək. Rusiya Hərbi Hava Qüvvələri bu bölgələrdəki fəaliyyətlərini yekunlaşdırıb”, - deyə Lavrentyev bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Suriya   Terror  


Bizi "telegram"da izləyin