"Pentaqon Pakistana 700 milyon dollarlıq hərbi yardım paketi ayıracaq" - Mettis

2018/08/000_UO6J2-e1512347565365_1531895805_1533102472.jpg
Oxunub: 1731     13:46     01 Avqust 2018    
Əli Cahangir Siddiqinin başçılığı altında Pakistan nümayəndə heyəti ABŞ Müdafiə naziri Ceyms Mettislə bir araya gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş Pentaqonun binasında keçirilib.

Məsələ ilə bağlı Pentaqonun yaydığı məlumata əsasən, görüşdə əsasən Pakistanın “Taliban” və İŞİD-lə mübarizəsinin daha da effektiv şəkildə təşkil edilməsi, həmçinin ABŞ və Taliban nümayəndələri arasında görüşün keçirilib-keçirilməməsi məsələləri müzakirə olunub.

Bildirilir ki, eyni zamanda görüşdə ABŞ-ın 2019-cu ildə Pakistana edəcəyi hərbi yardımların miqdarı da açıqlanıb.

Belə ki, Mettis Pentaqonun 2019-cu ildə Pakistana 700 milyon dollar dəyərində hərbi yardım paketi ayırmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, tərəflər keçirilən görüşün hər iki tərəf üçün uğurlu olduğunu bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin