Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər 1-5 avqust tarixlərini əhatə edəcək.
Məsələ ilə bağlı ABŞ Prezident Administrasiyasından bildirilən açıqlamada qeyd olunub ki, Pompeo səfər çərçivəsində Cənubi Çin dənizi sahillərində yer alan Malayziya, Sinqapur və İndoneziya ilə yanaşı, həmçinin KXDR-ə də ziyarət edəcək.
Qeyd edək ki, CŞA ölkələri ilə görüşlərdə Çinin Cənubi Çin Dənizində artan təhdidlərinə cavab olaraq bu ölkələrin təhlükələrdən sığortalanmasına təminat və terrorla ortaq mübarizənin təşkili, KXDR-lə görüşdə isə Pxenyanın nüvəsizləşmə ilə bağlı öhdəlikləri bir daha müzakirə olunacaq.
Dəyanət Ağalarlı
Ordu.az